Oktyabr 21, 2021

Azərbaycanlı alim beynəlxalq sosial elmlər konfransında çıxış edib.

Sentyabrın 23-də Macarıstanın Tomori Pal Universitetinin təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə yeddinci “Atlas” – beynəlxalq sosial elmlər konfransı işinə başlayıb.Konfransda AMEA-nın İqtisadiyyat

İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, müəssisənin Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva və elmi işçisi Elnur Zeynalov iştirak edirlər.Turaz.org

Azərtac-a istinadən xəbər verir ki,İnstitutdan bildirilib ki, konfransın açılışında Tomori Pal Universitetindən professor Henrietta Nagy, Ankara Universitetindən Əli Bilgili, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim

Müzəffərli çıxış ediblər.Nazim Müzəffərli konfrans iştirakçılarına İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlar və layihələr haqqında məlumat verib.Onlayn tədbirə

Macarıstan, Türkiyə, Nigeriya, Hindistan, Cənubi Afrika, Rusiya, Filippin və digər ölkələrin nümayəndələri qatılıblar.Konfrans sentyabrın 25-dək davam edəcək.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://turaz.org/orta-asiya-vahid-enerji-sisteminin-fealiyyetinin-berpa-edilmesi-meselesi-nezerden-kecirilir/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »