Noyabr 29, 2022

Azərbaycanlı iş adamları Qırğızıstan müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır 

“Azərbaycan biznes sektorunun nümayəndələri Qırğızıstanın Çuy Oblastının böyük müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır”, – Azərbaycanlı sahibkarlardan ibarət qrupun rəhbəri Zəfər Məmmədov Çuy Oblastının başçısı Alimbəyev ilə görüşdə bildirib.

 

Turaz.org Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə ikitərəfli danışıqlar aparılıb və biznes sektorunun inkişafına dəstək üçün xüsusi planlar müzakirə edilib. Bununla yanaşı, “Kant Sut”, “Umut” və “K” kimi Çuy Oblastının məşhur müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb və “Atalik” Qrupu QSC ilə əməkdaşlıq məqsədilə danışıqlar prosesi davam etməkdədir.

 

Bundan əlavə, Azərbaycanlı sahibkarlar münaqişə səbəbindən müvəqqəti olaraq Batken vilayətindən çıxarılaraq Çuy Oblastının İssık-Ata və Kemin rayonlarında məskunlaşdırılan yurddaşlarına kömək etmək məqsədilə 252,000 som dəyərində humanitar yardım edib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/dtihb-qazaxistanda-seckileri-musahide-missiyasini-acib/

Translate »