Dekabr 5, 2021

“Azəriqaz” Qarabağın qazlaşdırılmasına dair planlarını açıqlayıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır”.

Turaz.org-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək.

“Qazlaşdırmanın I mərhələsi Füzuli – Ağoğlan – Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək”, – deyə o, qeyd edib.

Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.

 

Müxbir: Əzizə Əlizadə

Translate »