Dekabr 9, 2021

“Azəristiliktəchizat”: “Bu gündən istiliyin verilməsinə başlanılıb”

Bu gündən etibarən Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb.

Bu barədə Turaz.org  “Report”a istinadən məlumat verir.

Məlumata görə, gün ərzində qoşulmalar tamamlanacaq.

Qeyd edək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib. 2021-2022-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

 

Müxbir: Əzizə Əlizadə

Translate »