Oktyabr 4, 2022

AZPROMO Tacikistan şirkəti ilə birgə layihələr həyata keçirəcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Tacikistanın “Tajİnvest” şirkəti ilə birgə layihələr həyata keçirəcək.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, “Tajİnvest” ilə keçirilən onlayn işgüzar görüşdə fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, “Made in Azerbaijan” brendinin təşviqi və Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
“Tajİnvest” şirkətinin baş direktoru Fayzullozoda Xurşed Mirzo iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.
Görüşdə AZPROMO və “Tajİnvest” arasında İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) çərçivəsində birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, hər iki qurum İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzvləridir. AZPROMO Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.

Mənbə: azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax:https://kafkazh.com/sinir-huceyreleri-neyronlar-ve-qliyalar/

https://tehsilim.org/muxtar-respublikada-21-avqust-2020-ci-il-tarixde-qebul-imtahanlarinin-ikinci-merhelesi-kecirilecek/

Translate »