Oktyabr 3, 2022

Azərbaycanlı Munir Məmmədzadə UNICEF-in Özbəkistan üzrə nümayəndəliyinin rəhbəri təyin edilib

Azərbaycanlı Munir Məmmədzadə BMT-nin Uşaq Fondunun (UNICEF) Özbəkistandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.
AZƏRTAC xəbər verir ki, M.Məmmədzadə yeni təyinata qədər üç il UNICEF-in Qırğızıstandakı nümayəndəliyinin rəhbərinin müavini olub, təşkilat daxilində, həmçinin BMT sistemi çərçivəsində əlaqələndirmə proqramlarına başçılıq edib.
O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, iyirmi il insan hüquqları, gənclər siyasəti və inkişaf məsələləri, uşaq hüquqları sa.hələrində məsul vəzifələrdə çalışıb.
M.Məmmədzadə Azərbaycan və Qırğızıstandan başqa, UNICEF-in Avropa, Mərkəzi Asiya, Moldova və Nepaldakı regional ofislərində işləyib. O, Moskva Dövlət Açıq Universitetini bitirib, İsveçrənin Friburq Universitetində uşaq hüquqları üzrə magistr dərəcəsi alıb. Rus, ingilis və türk dillərində sərbəst danışır.
Mənbə:azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://www.tehrantimes.com/

https://kafkazh.com/huseyn-cavid-heyat-ve-yaradiciligi/

Translate »