Oktyabr 5, 2022

Azəriqaz” İB-də keçirilən auditin yekunu olaraq bir sıra təkliflər verilib

“Azəriqaz” İB-də ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə keçirilən audit yekunlaşdırılıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar müştərilərlə bilavasitə ünsiyyətdə olan struktur bölmələrin iştirakı ilə keçirilən görüşdə baş direktor Ruslan Əliyev bildirib ki, 2015-ci ildən “Azəriqaz”da tətbiq olunan ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartının tələbləri daima gözlənilib və bu standartın tətbiqi müştəri məmnunluğunun yüksəldilməsinə təkan verib.
Daha sonra Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələrinin keçirdikləri auditin nəticələrinə dair müzakirələr aparılıb və idarəetmənin daha da təkmilləşdirilməsi üçün təkliflər irəli sürülüb.
Bildirilib ki, müştərilərlə bilavasitə ünsiyyətdə olan İB-nin əməkdaşları davamlı təlimlərə cəlb edilməli, müraciətlərin məzmununa uyğun olaraq analizlər aparılmalı, müştəriyə geri dönüş imkanları artırılmalı və təkrarlanan müraciətlərin yaranma səbəbləri müzakirə edilməlidir.
Qeyd edək ki, Türk Standartları İnstitutunun keçirdiyi audit zamanı Birliyin fəaliyyətində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Mənbə: azertag.az
Müxbir: Turaz.org-un xüsusi Jalə Hüseynova

Həmçinin bax: https://kafkazh.com/2020-2021-ci-tedris-ilinde-pese-tehsili-uzre-qebul-120-ixtisas-uzre-aparilacaq/

https://turaz.org/rusiya-teyyareleri-cenubi-koreyanin-hava-mekanina-daxil-olub/

Translate »