Yanvar 26, 2022

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək

 

Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzalayıb.

Turaz.org xəbər verir ki, sərəncam Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınıb.

Sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 manat ayrılıb.

Müxbir: Əzizə Əlizadə

Translate »