Oktyabr 3, 2022

AzTu-da ilk dəfə virtual “Açıq qapı” günü keçirilib-FOTO


Azərbaycan Texniki Universitetində (AzTU) Şamaxı məktəbliləri üçün ilk dəfə virtual “Açıq qapı” günü keçirilib.

Turaz.org xəbər verir ki, görüşdə iştirak edən AzTU-nun əməkdaşları məktəblilərə universitetin fakültələri və ixtisasları, ikili diplom proqramları, tələbə həyatı, karyera imkanları və gənc tədqiqatçıların uğurlu layihələri haqqında məlumat verib.

İki saat davam edən görüşdə məktəblilərin texniki ixtisaslara böyük maraqları olduğu müşahidə olunub.

Qeyd edək ki, “Açıq qapı” günləri həftə sonları Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.

Xüsusi Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: Turaz.org/V-IX-siniflerde-eyani-tedrisin-berpasina-hazirliq-gorulur/

Həmçinin bax: tehsilim.org/dr-ozgur-bolatla-tehsilde-yeni-cagirislardan-danisilacaq/

Translate »