Fevral 4, 2023

AzTV-də türkdilli ölkələrlə bağlı yeni layihəyə başlayır

Azərbaycan Televiziyasının (AzTV) təşəbbüsü ilə türkdilli dövlətlər “Türk dünyası” adlı ortaq layihəyə imza atıblar.

Turaz.org-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək. Materiallar hər bir xalqın öz dilində olacaq. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.

Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin televiziya kanallarında verilməsi planlaşdırılır. İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub. Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.

Müxbir: Fəxriyyə Qarayeva
Həmçinin bax: turaz.org/azerbaycan-ordusunun-anti-terror-emeliyyatina-hazirligi-barede-tapsiriqlar-verilib
Həmçinin bax: kafkazh.com/eli-bey-huseynzade

Translate »