Oktyabr 1, 2022

Bakı metrosunun “Bənövşəyi” xəttinə 6 vaqonlu qatarlar buraxılacaq

“Bakı Metropoliteni” QSC-nin “Bənövşəyi” xəttində hərəkət edən 5 vaqonlu qatarlar ilk növbədə 6 vaqonlu, tədricən isə 7 vaqonlu qatarlarla əvəz olunacaq.

Turaz.org xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov bildirib.

“Artıq 6 vaqonlu qatarlar “Xocəhəsən” elektrik deposuna göndərilib. Hazırda onlarda sazlanma, sınaq və digər işlər həyata keçirilir. “Xocahəsən” stansiyasından başlayan bu xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə turulub. Sərnişinlərin tələbatını ödədiyi üçün hələ ki, orada 5 vaqonlu qatarlar hərəkət edib, amma tədricən vaqon sayı artırılacaq”, – deyə o, qeyd edib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »