Oktyabr 3, 2022

Bakı metrosunun “Xocahəsən” elektrik deposunda tikinti işləri başa çatıb

“Bakı Metropoliteni” QSC-nin şərti adı “Xocahəsən” olan elektrik deposu və yerüstü metro stansiyasında tikinti işləri başa çatıb.

Turaz.org xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib/

Onun sözlərinə görə, hazırda stansiya və depoda təchizat, quraşdırma və istehsalat işləri aparılır: “Stansiya və depoda bu işlər paralel aparılır, tamamlanma işləri görülür. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək”.

 

Müxbir: Əzizə Əlizadə

Translate »