Oktyabr 2, 2022

Bakıda I sinfə qəbulla bağlı 45 930 elektron müraciət daxil olub

Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Turaz.org xəbər verir ki,bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 124 elektron müraciət operativ şəkildə cavablandırılıb.

Daxil olan müraciətlərdən 1 549-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 5 317-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

 

Müxbir: Əzizə Əlizadə

Translate »