Bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib.
Turaz.org xəbər verir ki, aksiyada iştirak edənlər Ukraynaya dəstək şüarları səsləndiriblər. İştirakçılar bildiriblər ki, tezliklə Ukraynaya sülh və sabitliyin gəlməsini diləyirlər. Aksiya insidentsiz başa çatıb.
Aksiyadan sonra Ukraynanın Azərbaycandakı səfiri öz “Tvitter” səhifəsində iştirakçılara və xalqımıza göstərdikləri dəstəyə görə təşəkkür edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb