Dekabr 9, 2021

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Turaz.org xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik”, – BNA-dan bildirilib .

Müxbir: Əzizə Əlizadə

Translate »