Dekabr 9, 2021

Bakının mərkəzində ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb

Yanğının söndürülməsinə 21 yanğınsöndürən avtomobili və Fövqəladə Hallar Nazirliyinin (FHN0 105 əməkdaşı cəlb olunub”. 

Turaz.org xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisinin müavini Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, “Nəriman Nərimanov” metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin, təxminən, 300 kvm sahəsi yanıb: “Obyektlərə telefon, parça mağazaları və digər müxtəliftəyinatlı obyektlər daxildir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın həm daxildən, həm də xaricdən hazırda tam lokallaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”

Müxbir: Əzizə Əlizadə

Translate »