Oktyabr 4, 2022

Bakının “Neftçi” klubu UEFA-nın reytinq cədvəlində 11 pillə irəliləyib

Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib. “Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.
Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.
Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.
“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdirlər.
Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.

Müxbir:turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/Futbol_uzre_Azerbaycan_Premyer_Liqasinin_ikinci_turunun_teqvimi_achiqlanib-1571863

https://kafkazh.com/esitme-funksiyasi-pozulmus-usaqlarin-idrak-proseslerinin-xususiyyetleri/

Translate »