Oktyabr 23, 2021

Bakının ticarət dövriyyəsinin həcmi azalıb

2020-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 11 milyard 741,6 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 5 milyard 682,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 6 milyard 59,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 30,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Müxbir: turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/Bakinin_ticaret_dovriyyesinin_hecmi_azalib-1569725

https://kafkazh.com/esitme-funksiyasi-pozulmus-usaqlarin-idrak-proseslerinin-xususiyyetleri/

Translate »