Noyabr 27, 2021

Balakən və Qusar rayonlarında “Bullinqə bulaşma” adlı təşəbbüs həyata keçirilib-FOTO

“Education HUB”-ın “İnkişaf Zamanı” proqramı çərçivəsində Balakən və Qusar rayonlarında “Bullinqə bulaşma” adlı təşəbbüs həyata keçirilib.

Turaz.org
xəbər verir ki, 6 sentyabr 2021-ci il tarixində Balakən rayon Gənclər Evində gənclərlə görüş keçirilib. Görüşün ilk yarısında mövzu haqqında sosial teatr həyata keçirilib, ikinci yarıda isə sosial teatr haqqında gənclərlə müzakirələr aparılıb və gənclərə bullinqin nə olduğu haqqında məlumat verilib.

“Bullinqə bulaşma” haqqında ikinci bir təlim 30 oktyabr 2021-ci ildə Qusar Rayon Heydər Əliyev Mərkəzində həyata keçirilib.  Təlimin ilk yarısında gənclər “bullinq nədir?” sualına cavab, bullinqə məruz qaldıqlarında nə etməli olduqları haqqında məlumatlandırılıb. İkinci yarısında isə gənclərin bullinqə məruz qalan insanlara qarşı empatiya hissini artırmaq üçün müxtəlif oyunlar keçirilib, videoroliklər nümayiş etdirilib.

Hər iki təlim gənclər tərəfindən maraqla qarşılanıb və təlimlərin sonunda setifikatlarlarla təltif edilib.  Əlavə olaraq təşəbbüs komandası problemin vacibliyini işıqlandırmaq üçün mövzu ətrafında rep hazırlayıb ictimaiyətə təqdim edib.

FOTO:

 

Translate »