İyun 3, 2023

Balakəndə obyektin açılışı məqsədilə məclis təşkil edən icarədar barədə toplanmış materiallar məhkəməyə göndərilib

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb, yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.
İcarədar barədə Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Müxbir: turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/Bilesuvarda_yol_polisi_ictimai_neqliyyatda_reyd_kechirib-1565939

https://kafkazh.com/cumhuriyyet-dovrunde-turk-felsefi-tefekkurunde-maarifcilik-ideyalarinin-inkisaf-tendensiyalari/

Translate »