Oktyabr 5, 2022

“Ballıqaya soyqırımı”— Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı

Səbəbi- Ərazidə məskunlaşan dinc əhali arasında vahimə yaratmaq.Nəticəsi dinc sakinlər arasında çox sayda şəhid və yaralanlar oldu.Ərazi dəyişikliyi ,ərazidə dinc əhalinin yaşamasına son qoyuldu.

Ümumi itkilər

24 nəfər şəhid,

5 nəfər ağır yaralı,

4 nəfər yüngül xəsarət

1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar .

Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.

1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar .

Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu.Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı.

Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır.

1.Abdullayev Abdulla Bədəl oğlu Abdulla Abdullayev 1934 Nağdalı, Laçın rayonu 58 Qaradəmirçi, Bərdə rayonu

2.Abdullayev Fərman Abdulla oğlu Fərman Abdullayev.20.03.1962 Nağdalı, Laçın rayonu 30 Qaradəmirçi, Bərdə rayonu

3.Abdullayeva Səadət Abdulla qızı Səadət Abdullayeva. 01.12.1973 Nağdalı, Laçın rayonu 19 Qaradəmirçi, Bərdə rayonu

4.Alməmmədova Kəmalə Şəmil qızı Şəkil yoxdur 12.03.1976 Nağdalı, Laçın rayonu 16 Tumaslı, Bərdə rayonu

5.Alməmmədova Minarə Əbülqasım qızı Minarə Alməmmədova 1930 Nağdalı, Laçın rayonu 62 Tumaslı, Bərdə rayonu

6.Alməmmədova Zeynəb Şəmil qızı Zeynəb Alməmmədova  02.02.1972 Nağdalı, Laçın rayonu 20 Tumaslı, Bərdə rayonu

7.Hümbətov Bəxtiyar Vəzir oğlu Şəkil yoxdur  23.01.1982 Nağdalı, Laçın rayonu 10 Güllücə, Ağdam rayonu

8.Hümbətov Canpolad Vəzir oğlu Şəkil yoxdur 06.03.1992 Nağdalı, Laçın rayonu 6 aylıq Güllücə, Ağdam rayonu

9.Hümbətov Elçin Vəzir oğlu Şəkil yoxdur 09.01.1980 Nağdalı, Laçın rayonu 12 Güllücə, Ağdam rayonu

10.Hümbətov İsmayıl Vəzir oğlu İsmayıl Hümbətov 22.02.1984 Nağdalı, Laçın rayonu 8 Güllücə, Ağdam rayonu

11.Hümbətov Nəbati Vəzir oğlu Şəkil yoxdur 01.02.1986 Nağdalı, Laçın rayonu 6 Güllücə, Ağdam rayonu

12.Hümbətova Gülnar Vəzir qızı Gülnar Hümbətova 20.02.1988 Nağdalı, Laçın rayonu 4 Güllücə, Ağdam rayonu

13.Hümbətova Hürzaman Qara qızı Hürzaman Hümbətova 10.09.1959 Nağdalı, Laçın rayonu 33 Güllücə, Ağdam rayonu

14.Mehdiyev Fikrət Hümbət oğlu Fikrət Mehdiyev 10.10.1961 Nağdalı, Laçın rayonu 31 Nazırlı, Bərdə rayonu

15.Mehdiyev Hümbət Əbülqasım oğlu Hümbət Mehdiyev 1930 Nağdalı, Laçın rayonu 62 Nazırlı, Bərdə rayonu

16.Mehdiyev Mehdi Hümbət oğlu Mehdi Mehdiyev 01.01.1973 Nağdalı, Laçın rayonu 19 Nazırlı, Bərdə rayonu

17.Mehdiyev Rəhbər Məhəmməd oğlu Rəhbər Mehdiyev  1953 Nağdalı, Laçın rayonu 39 Nazırlı, Bərdə rayonu

18.Mehdiyeva Ayna Hümbət qızı Ayna Mehdiyeva 30.10.1967 Nağdalı, Laçın rayonu 25 Nazırlı, Bərdə rayonu

19.Mehdiyeva Bəyim Aydın qızı Bəyim Mehdiyeva. 1959 Şahkənd, Laçın rayonu 33 Nazırlı, Bərdə rayonu

20.Mehdiyeva Gülayə Əli qızı Gülayə Mehdiyeva 1925 Şamkənd, Laçın rayonu 67 Nazırlı, Bərdə rayonu

21.Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahimxəlil qızı Qənirə Mehdiyeva

1935 Nağdalı, Laçın rayonu 57 Nazırlı, Bərdə rayonu

22.Kəlbalıyeva Nübar Muradxan qızı Nübar Kəlbalıyeva

01.12.1952 Kürdhacı, Laçın rayonu 40 Nazırlı, Bərdə rayonu

23.Mehdiyeva Suraya Məhəmməd qızı Suraya Mehdiyeva.

14.09.1956 Nağdalı, Laçın rayonu 36 Nazırlı, Bərdə rayonu

24.Vəliyeva Zeynəb Hüseyn qızı Şəkil yoxdur.1899 Nağdalı, Laçın rayonu.

Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir.

Hazırladı : Aytac Əliyeva

Həmçinin bax : https://turaz.org/leyla-agayeva-meqsedim-usaqlara-mektebi-sevdirmek-ve-savadli-sagirdler-yetisdirmekdir/

https://kafkazh.com/piramidalar_-oyredilenler-ve-gizledilenler/

Translate »