Oktyabr 19, 2021

BANM-da “Neft Mühəndisləri Cəmiyyəti” fəaliyyətinin 5 ili tamam olur

BANM-da “Neft Mühəndisləri Cəmiyyəti” fəaliyyətinin 5 ili tamam olur

Bakı Ali Neft Məktəbində “SPE BHOS Student Chapter”-in (“BANM Neft Mühəndisləri Cəmiyyəti”) bu il fəaliyyətinin 5 ili tamam olur.

Fəaliyyət illəri ərzində BANM Neft Mühəndisləri Cəmiyyəti texniki, qeyri-texniki sessiyalar və yarışlar kimi müxtəlif maarifləndirici tədbirlər və eləcə də tələbələrin real iş prosesi ilə yaxından tanış olmaları üçün müxtəlif zavodlara ekskursiyalar, həmçinin müxtəlif xeyriyyə aksiyaları həyata keçirib.

Bundan əlavə, son illərdə Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının tələbələri üçün bir semestri əhatə edən “Engineering Academy” və “Design School” adlı böyük miqyaslı layihələr reallaşdırılıb.

Tədbirlərin təşkilində tələbələr könüllü olaraq komanda şəklində fəaliyyət göstəriblər. Bütün bu illər ərzində həyata keçirilən tədbirlərdə müxtəlif şirkətlərdə işləyən peşəkar mühəndislər, eləcə də BANM-in məzun və tələbələri mentorluq ediblər. Cəmiyyətin təşkilatçılığı ilə keçirilən tədbirlərdə digər universitetlərin də tələbələri böyük həvəs və maraq göstərərək iştirak edirlər.

BANM Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbələri müxtəlif yönlərdə inkişaf etdirmək, tələbələr arasında təcrübə və bilgi mübadiləsini təmin etmək, müxtəlif sənaye sahələrindən peşəkarlarla görüşlər təşkil edərək onların real iş prinsipləri ilə əyani tanış olmalarına imkan yaratmaqdır.

Cəmiyyət 5 illik fəaliyyəti ərzində göstərdiyi yüksək performansa görə 2018-ci ildə “Gold Standard Chapter” və 2019-cu ildə isə “Student Chapter Excellence Award” mükafatlarına layiq görülüb.

Pandemiya dönəmində nəzərdə tutulan tədbirlər onlayn şəkildə təşkil olunub.

Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə

Həmçinin bax : https://azertag.az/xeber/Naxchivan_toponiminin_etnotarixi_efsaneler_qeder_qedimdir_kitabi_uch_dilde_chapdan_chixib-1569489

Translate »