Oktyabr 20, 2021

“Barselona” Ansu Fatiyə 400 milyon avro qiymət qoyub


İspaniyanın “Barselona” klubu hücumçusu Ansu Fatinin əsas komandanın futbolçusu olduğunu açıqlayıb.Turaz.org https://turaz.org/ klubun saytına istinadla xəbər verir ki, gənc hücumçunun təzminat qiymətinin 170 milyon avrodan 400 milyon avroya qaldırıldığı bildirilib. Onun forma nömrəsi də dəyişib. 17 yaşlı oyunçu dünən “İnter”ə keçən Arturo Vidala məxsus 22 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Fatinin “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, əsas komandada ötən ilin avqustunda debüt edib.

Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/ali-tehsil-muessiselerine-telebe-qebulu-musabiqesinin-neticeleri-elan-olunub/

Həmçinin bax:https://turaz.org/sahibkarlarin-i-beynelxalq-onlayn-forumu-baki-2020-davam-edir/

Translate »