Qazaxıstanın İstanbuldakı Baş Konsulluğu İstiqlal partlayışında ölənlər arasında Qazaxıstan vətəndaşlarının olub-olmadığını öyrənmək üçün Türkiyənin yerli hakimiyyət orqanları və şəhər meriyası ilə mütəmadi əlaqə saxlayır.
Turaz.org bildirir ki, Baş Konsulluq Türkiyədə qalan qazaxıstanlılara xüsusilə insanların sıx olduğu yerlərdə son dərəcə diqqətli olmalarını tövsiyə edir. Konsulluqdan bildirilib ki, partlayış nəticəsində xəsarət alan Qazaxıstan vətəndaşları barədə məlumat daxil olmayıb. Anadolu Agentliyinin məlumatına görə, bazar günü İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Son Xəbərlər
Ermənistan KTMT-dən çıxır? – Vəziyyət mürəkkəbdir
Ermənistan XİN: “Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir