Avqustun 21-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya ölkəsinin Qara dənizdə nəhəng təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, Baş Nazir bu tarixi nailiyyətin Türkiyənin iqtisadiyyatının səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin hər iki xalqın tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan iradəsindən qaynaqlandığı bildirilib.
Mənbə : Azərtac
Müxbir: TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə
Həmçinin bax:https://azertag.az/bolme/culture
https://turaz.org/azeri-light-neftinin-bir-barreli-4494-dollara-satilir/
Son Xəbərlər
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı
Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib
Suriyadakı son vəziyyət