Dekabr 5, 2022

Baş nazir: “Finlandiyada nüvə silahının yerləşdirilməsi ehtimalı azdır”

Finlandiyanın Baş naziri Sanna Marin ölkəsinin NATO-ya daxil olduqdan sonra nüvə silahına malik olması ehtimalının az olduğunu düşünür.

Turaz.org xəbər verir ki, bu barədə o, “Yle” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Finlandiya daimi bazaların yaradılması və ya nüvə silahının yerləşdirilməsi kimi məsələlər manevr imkanlarını məhdudlaşdırmamalıdır: “Nüvə silahının nə vaxtsa Finlandiya ərazisində yerləşdirilməsi ehtimalı azdır. Lakin Finlandiyanın gələcək hakimiyyəti fərqli düşünə bilər”.

Baş nazir, həmçinin vurğulayıb ki, Finlandiya və Türkiyənin NATO-ya üzvlüyünə mane olan həll olunmamış problemləri yoxdur.

O, yaxın gələcəkdə bu məsələdə irəliləyişə ümid etdiyini bildirib.

Translate »