Oktyabr 20, 2021

Baş Prokurorluq: “Ermənistanın törətdiyi cinayətlərlə bağlı 70-dən çox cinayət işi başlanılıb”

 

“Ermənistan silahlı qüvvələri və siyasi hərbi rəhbərliyi tərəfindən törədilən cinayət faktları üzrə 70-dən çox cinayət işi başlanılıb”.

Turaz.org-un xəbərinə görə, bunu Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, baş ədliyyə müşaviri Erkin Əlixanov deyib.

“Hazırda da həmin cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılaraq xarici dövlətlərlə bu istiqamətdə hüquqi yardım sahəsində əməkdaşlıq davam etdirilir”, – o bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »