26-27 avqust 2020-ci il tarixlərində Astara rayonunda “Zirvə” Beynəlxalq İdman Klubunun açıq basketbol meydançasında Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən 16-29 yaşlı könüllü gənclər arasında basketbol
üzrə Astara rayon kuboku keçirildi. Oğlan komandalarının yarışında 3 komanda mübarizə aparıblar.
Nəticədə I yerə “ Zirvə Astara”, II yerə “Zirvə İnternational”, III yerə ”Könüllülər“
komandaları layiq görülüblər. Qız komandalarının yarışında da 3 komanda mübarizə aparıblar.
I yerə “Zirvə İnternational”, II yerə “Könüllülər”, III yerə ”Zirvə Astara” komandaları layiq görülüblər.
Qaliblər “Könüllülər Kuboku”nun təşkilatçılarının müvafiq diplomları ilə təltif olunublar.
Mənbə: mys.gov.az
Müxbir:Turaz.org xüsusi müxbiri Hüseynova Jalə
Həmçinin bax:https://turaz.org/kata-uzre-qalib-idmancilar-mukafatlandirildi/
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür