Oktyabr 5, 2022

Başqırdıstan yazıçısının “Getmə, ana” əsəri Azərbaycan dilində nəşr olunub

Başqırdıstan Dövlət Gənclər Mükafatı laureatı, istedadlı nasir Aygiz Baymuxammetin məşhur “Getmə, ana” əsəri Azərbaycan dilində nəşr olunub. “CBS” mətbəəsində, nəfis tərtibatla işıq üzü görən kitabın redaktoru və layihə rəhbəri Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı Əkbər Qoşalıdır. Əsər yeni nəsil yazarı Aygün Yaşar tərəfindən dilimizə çevrilib. Qeyd edək ki, “Getmə, ana” povesti Aygiz Baymuxammetin Azərbaycanda nəşr olunan ilk əsəridir.
Bu barədə AZƏRTAC-a kitabın “Ön söz” müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva bildirib.
Mədəniyyət komitəsinin sədri “Ön söz”də qeyd edir ki, xalqlar, ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafı özünəməxsus mövqeyə malikdir. Əgər söhbət qardaş̧ xalqlar arasındakı əlaqələrdən gedirsə, bu mövqe həm tarix əsasları, həm də gələcək baxımından xüsusi əhəmiyyət kəsb edir. Keçmişlə gələcəyin “bu gün” adlı qovşuğunda yaşananların, istedadlı yeni nəsil yazarının qələmindən süzülməsi özünə diqqət tələb etmədədir. O əsərin mövzusu, dövlət uşaq tərbiyə müəssisəsindən, bir səhər, bir ölkə daxilində baş verənlərdən götürülməsindən asılı olmayaraq, bugünkü insanın -bizimlə, eyni zamanda, yaşayan, eyni Günəsə baxan, eyni Ayı qarşılayan, bir çox hallarda eyni və ya bənzər informasiyaları eşidən, eyni texnikadan istifadə edən insanın yaşantılarını əks etdirir. Belə bir əsərin Azərbaycanda da yayımlanması həm yaxşı bir əsəri dilimizə qazandırmaq baxımından, həm də, Azərbaycan – Başqırd ədəbi-mədəni əlaqələrinin inkişafı baxımından təqdirəlayiqdir.
Qənirə Paşayeva yazır ki, günümüzün gerçəkliyi və İKT-nin yaratmış̧ olduğu geniş̧ imkanlar məsafələri aradan qaldırır. Bu baxımdan, dünyanın çox böyük hissəsini əhatə edən türk dünyasında da ədəbi-mədəni əlaqələrin yüksələn xətlə inkişaf etməsi sevindirici haldır. Qardaş̧ ölkə və topluluqlardan olan müxtəlif yaş qruplarına mənsub yazarlar arasında qarşılıqlı əlaqələr, səfərlər, ədəbi uyğunlaşdırmalar, müştərək şəkildə icrası gerçəkləşən çoxsaylı ədəbi-mədəni layihələr, əlaqələrimizin zaman keçdikcə daha da inkişaf edəcəyini deməyə əsas verir: “Başqırd ədəbiyyatı nümayəndələrindən Salavat Yulayoğlu, Mustay Kərim adları bizlərə daha çox tanışdır. Əslində, zəngin şifahi xalq yaradıcılığı və tatar-başqırd ortaq ədəbi abidələrinin də akademik çevrələrlə məhdudlaşmaması, çağdaş̧ oxucuya geniş̧ surətdə təqdim olunması ümumi isin xeyrinə olardı. Aygiz Baymuxammetin povestini bu istəklər fonunda yaxşı bir başlanğıc saya bilərik.
Aygiz Baymuxammet öz doğma vətəni Başqırdıstanda, bir çox qardaş̧ ölkə və topluluqda ədəbiyyatçılar arasında tanınan, sevilən imzadır. Müxtəlif layihələr çərçivəsində Azərbaycanda yaradıcılıq səfərlərində olmuş̧ istedadlı başqırd gəncinin Bakıda nəşr olunan ilk kitabının oxucular tərəfindən rəğbət qazanacağına inanıram. Aygiz “Getmə, ana!” deyir… Qoy, analar getməsin, nə bizim dünyadan, nə bu dünyadan…”
Qeyd edək ki, kitab DGTYB və “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi (RHİMİB) tərəfindən nəşrə hazırlanıb. Əsərə RHİMİB-nin sədri Arzu Bağırova, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı rəy yazıblar. Layihənin koordinatorları isə DGTYB-nin sədri İntiqam Yaşar və onun köməkçisi Əfsanə Ələsgərlidir.
Müəllifinə Başqırd Dövlət Gənclər Mükafatı qazandıran povest, bir çox dillərə çevrilib, Başqırdıstanın və Qırğız Respublikasının tədris planına daxil edilib.
Mənbə:azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://www.euronews.com/european-affairs/european-news

https://tehsilim.org/saglamliq-imkanlari-mehdud-idmancilar-arasinda-atletika-idman-novu-uzre-100-metr-mesafeye-qacis-yarisi-kecirilib/

Translate »