İyun 2, 2023

“Bavariya” tarixində 11-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb

Avqustun 19-da UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın “Bavariya” klubu Fransanın “Lion” komandasını ilə qarşılaşıb.
Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu Joze Alvalade” stadionunda keçirilən görüş “Bavariya” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda münhenlilərin heyətində Serj Qnabri (2) və Robert Levandovski fərqləniblər.
Beləliklə, “Bavariya” qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə Almaniyanın “Leypsiq” klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın PSJ komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, “Bavariya” tarixində 11-ci dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və onlardan beşində qalib qəlib.

Müxbir: turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/AFFA_KIV_numayendeleri_uchun_seminar_teskil_edib-1565259

https://kafkazh.com/zenbur-jurnali/

Translate »