Mart 25, 2023

BAXÇALI: PKK-nı söyləməkdən çəkinənlər, xəyanətin pəncərə bəzəkləridir

Bilgə Lider Dövlət Baxçalı müxalifəti və terror yandaşlarını sərt sözlərlə tənqid edib.

Turaz.org xəbər verir ki, Dövlət Baxçalı: “Qarada 13 nəfərin şəhid olması ilə əlaqədar olaraq, “PKK-nın adını tələffüz etməkdən çəkinənlər, qarışıq açıqlamalarla gününü xilas etməyə tələsənlər fitnənin reklam üzü, xəyanətin pəncərə bəzəkləridir”-deyib.

Baxçalı, Boğaziçi Universitetindəki hadisələrlə əlaqədar olaraq, “Boğaziçi Universitetində fitnə səhnəyə çıxdı. Zillət partiya liderləri və terror rəhbərləri bu fitnəni havaya qaldırdı. Türkiyənin qabağını kəsməyə çalışdılar. Gənclərimiz tələbə görünüşlü terrorçular tərəfindən istismar edildi. Sakitliyimizin və birliyimizin pozulmasını gözlədilər. Lakin, boş yerə gözlədilər. Terror təşkilatları da fitnənin çivan başıdır. Xain və vəhşicəsinə hərəkətlər fitnənin əsas yanacağıdır “deyib.

Translate »