Mart 25, 2023

Bayden Braziliyada prezident seçkilərində qalib gəlmiş Lula da Silvanı təbrik edib

ABŞ Prezidenti Cozef Bayden Braziliyada prezident seçkilərində qalib gəlmiş Luis İnasio Lula da Silvanı təbrik edib.

Turaz.org xəbər verir ki, bununla bağlı Ağ ev bəyanat yayıb.

“Azad, ədalətli və etibarlı seçkilərdən sonra Braziliyanın növbəti prezidenti seçilməsi münasibətilə Luis İnasio Lula da Silvaya təbriklərimi çatdırıram.

Qarşıdakı aylarda və illərdə ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm”, – dövlət başçısının bəyanatında bildirilib.

Xatırladaq ki, oktyabrın 30-da Braziliyada keçirilən seçkilərdə prezident seçkilərində müxalifətin namizədi Luis İnasio Lula da Silva hazırkı Prezident Jair Bolsonaronu təxminən 2 milyon səslə geridə qoyaraq seçicilərin 50,9 %-nin dəstəyi ilə qalib gəlib.

Translate »