May 17, 2022

Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb

 

ABŞ Prezidenti Cozef Bayden Rusiya iqtisadiyyatına yeni sərmayələrin qoyulmasını, habelə bu ölkədə bəzi şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb.

Turaz.org xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

Fərman birbaşa və ya dolayı yolla ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarının hər hansı bir şəxsi tərəfindən, harada yerləşməsindən asılı olmayaraq, istənilən kateqoriya xidmətlərin ixracını, satışını və ya tədarükünü məhdudlaşdırır.

Sənəd həmçinin, harada olursa olsun, ABŞ-dan olan hər hansı şəxs tərəfindən Rusiya Federasiyasına yeni investisiyaların qadağasını rəsmiləşdirir.

Müxbir: Əzizə Əlizadə

Translate »