May 18, 2022

Baydenin çıxışındakı əsas detallar

ABŞ prezidenti Co Bayden Rusiya Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

Turaz.org xəbər verir ki, çıxışda onun toxunduğu əsas məqamlar bunlardır:

▪️Putin təsəvvür edə bilmədiyi bir müqavimət divarı ilə üzləşdi – hazırda bütün dünyanı ruhlandıran Ukrayna xalqı və prezident Zelenski;
▪️Ukraynaya hücum qəsdən və səbəbsiz olub;
▪️Putin diplomatiyaya laqeyd yanaşıb və heç vaxt dünyadan bu qədər təcrid olunmayıb;
▪️ABŞ Ədliyyə Nazirliyi rus oliqarxlarının cinayətlərini nəzərdən keçirəcək: onların lüks mənzilləri, şəxsi təyyarələri.
▪️Putin onu nə gözlədiyini bilmir;
▪️Bəli, biz ABŞ Ukrayna xalqı ilə çiyin-çiyinəyik. Biz tarixin dərslərini bilirik: diktator dayandırılmırsa, irəli gedir;
▪️ABŞ Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq üçün Avropaya əlavə qoşun göndərir;
▪️ABŞ-da ən qabaqcıl texnologiyaların yaradılacağı 100 milyard dollarlıq yeni Silikon Vadisi yaradılacaq.

 

Translate »