“Baytaq” və “Respublika” siyasi partiyalarına ölkənin bütün bölgələrində partiya siyahıları üzrə seçilmiş məclis deputatlarının növbədənkənar seçkilərində iştiraka icazə verilib.
Turaz.org xəbər verir ki, ötən həftə siyasi partiyalar bir neçə rayonda filial və nümayəndəliklərini açıblar.
Məhz, Baytaq Partiyası Abay, Jetisu, Ulitay, Şimali Qazaxıstan və Akmola vilayətlərində, Respublika Partiyası isə Atırau vilayətində öz nümayəndəliklərini açıb. Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun sözlərinə görə, hər iki partiya bütün rayonların məclisinə deputatlığa namizədliyini irəli sürə biləcək. Bundan əvvəl Baytaq və Respublika partiyalarının müvafiq olaraq 15 və 19 bölgədə seçkilərdə iştirakına icazə verilmişdi.
Qazaxıstanda martın 19-da məclis deputatlarının seçkiləri keçiriləcək.
Həmçinin bax: turaz.org/qirgizistan-cin-serhedinde-zelzele-musahide-olunub
Həmçinin bax: kafkazh.com/olumsuzluk-serbeti-yaxud-sukur-ucaligi
Son Xəbərlər
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı
Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək üçün konfras keçirəcək