Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Turaz.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/azerbaycanda-yeni-herbi-obyektler-istifadeye-verilib
Həmçinin bax: kafkazh.com/cenubi-amerikanin-geologiyasi-fizioqrafiyasi-ve-torpagi-ll-hisse
Son Xəbərlər
Ceyhun Bayramov İrana gedib
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib