Oktyabr 19, 2021

BDU-nun professoru beynəlxalq onlayn dəyirmi masada iştirak edib

TurAz.org https://turaz.org/ BDU-ya http://bsu.edu.az/ istinadən xəbər verir: Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor  Çingiz İsmayılov Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin təşkilatçılığı ilə keçirilən “Xəzəryanı regionda BMT-nin davamlı inkişafın məqsədlərinin realizə edilməsi” adlı beynəlxalq onlayn dəyirmi masada iştirak edib. Xəzəryanı dövlətlərin universitetlərinin alimlərinin, neft və qaz tədqiqatları sahəsində elm mərkəzlərinin nümayəndələrinin, tədqiqatçıların iştirak etdiyi tədbirdə Çingiz İsmayılov “Azərbaycanda davamlı inkişafın təmin edilməsində görülən işlər” adlı məruzə ilə çıxış edib. O, Azərbaycanda bu istiqamətdə uğurlu strategiyanın qurulmasına və əhəmiyyətli işlərin görülməsinə diqqət çəkib. Bildirib ki, 2006-ci ildən Azərbaycan Respublikasının davamlı inkişafına dair Milli Koordinasiya Şurası fəaliyyət göstərir,  2019-cu ildən isə Bakı Dövlət universitetində “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə tələbə qəbulu aparılır. 2018-ci ildə davamlı inkişafı məqsədlərinin realizə olunmasına həsr olunmuş Birinci Beynəlxalq Bakı Forumunun keçirildiyini xatırladan professor, 2020-ci ilin oktyabr ayında II Beynəlxalq Bakı Forumunun təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.
Ç.İsmayılov məruzəsində həmçinin universitetlərarası transsərhəd layihələrin hazırlanmasına və onun müvafiq beynəlxalq qurumlara təqdim edilməsi məsələsinə toxunub. Bu baxımdan BDU-da sahil ərazilərin mənimsənilməsi və idarə edilməsinə həsr olunmuş layihənin hazırlandığını diqqətə çatdırıb. Layihənin hazırlanması prosesinə BDU tələbələrinin və magistrantlarının cəlb olunduğunu bildirib.
Dəyirmi masanın sonunda Xəzəryanı regionda davamlı inkişafı təmin etmək üçün “CASPİAN SDG HUB” adlı qurumun yaradılması haqqında qərar qəbul edilib. Çingiz İsmayılov qurumun Azərbaycan Respublikasında koordinatoru seçilib.

Müxbir: TurAz.org xüsusi müxbiri: Ayşən Nağızadə

Həmçin bax:https://turaz.org/inkluziv-siniflerde-telim-strategiyalari-telimine-qebul-elan-edir/

Həmçin bax:https://turaz.org/ders-vaxtinin-23-sentyabr-cedveli/

Translate »