Oktyabr 20, 2021

“Bədən tərbiyəsi və idman” istiqaməti üzrə qabiliyyət imtahanlarında “məqbul” qiymət almış abituriyentlərin nəzərinə!

23-30 avqustda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həmin abituriyentlərə ixtisas seçimi etməkdə ödənişsiz texniki dəstək göstəriləcək

Turaz.org xəbər verir ki, 23-30 avqust 2021-ci il tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 18.00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 5-ci ixtisas qrupunun “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə qabiliyyət imtahanlarında “məqbul” qiymət almış abituriyentlərə kömək məqsədilə ixtisas seçimi etməkdə təmənnasız texniki dəstək göstəriləcək.

 

Ünvan: Bakı ş., Fətəli xan Xoyski prospekti, 98.

 

Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: turaz.org/i-ve-iv-ixtisas-qrupu-abituriyentleri-ucun-kitabcalar-nesr-olunub/

Translate »