Oktyabr 4, 2022

BƏƏ ilə anlaşması İsrailin hansı planını pozub?

BƏƏ ilə anlaşması İsrailin hansı planını pozub?

Benyamin Netanyahu və vəliəhd şahzadə Məhəmməd ibn Zahid əl-Nəhyan

İsrail və Birləşmiş Ərəb Əmirlikləri Trump-ın vasitəçiliyi ilə iki ölkə arasında münasibətləri tamamilə normallaşdırmaq üçün tarixi razılaşmaya gəliblər.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump İsrailin Baş naziri Benyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zahid əl-Nəhyan-ın cümə axşamı günü təşkil olunmuş görüşündə iki ölkə arasında münasibətlərin tam normallaşdırılması məsələsi ilə bağlı razılığa gəldikləri bildirilir.

Anlaşma çərçivəsində İsrail Qərbi Şəriə-də – İordaniyanın qərb sahillərindəki bəzi bölgələri ilhaq planını hələlik həyata keçirməyəcəyini bəyan edib.

Donald Trump bu qərarı “tarixi dönüş nöqtəsi” adlandırıb.

İsrail Baş naziri Netanyahu da Trump-ın bəyanatından sonra “Bu gün İsraillə Ərəb dünyası arasında yeni bir dövr başlayır” deyib.

Qərbi Şəriə-ni ilhaq planlarını təxirə saldıqlarını qəbul edən ancaq layihənin “hələ də gündəmdə olduğunu” bildirən Netanyahu “Haqqımız olan torpaqlardan əsla imtina etməyəcəyik” deyib.

Netanyahu Qərbi Şəriənin Ürdün sərhədindəki Ürdün vadisi, Ölü dəniz yaxınlığında yəhudilərin kompakt yaşadığı bölgələri də ehtiva edən 30 faizlik bir ərazini ilhaq etməyi planlaşdırır.
Mənbə:bbc.com/azeri
Müxbir:Aytac Cəfərova

Həmçinin bax: https://kafkazh.com/ixtisas-fennleri-layihesinin-novbeti-uguru/

Translate »