İyun 8, 2023

Belarusda etirazlar: Aleksandr Lukaşenko Prezident Sarayına avtomatla gəlib.!

Belarusda etirazlar: Aleksandr Lukaşenko Prezident Sarayına avtomatla gəlib.

Prezident sarayına əlində avtomatla gələn Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin işini yoxlayıb.Bazar günü Minskdə

“Yeni Belarusun marşı” adlı yürüş keçirilib.Bu yürüş Belarusda etirazların başlanmasından bəri müxalifətin keçirdiyi ən böyük aksiyaya çevrilib.

Media vasitələrinin bildirdiyinə görə, Belarus paytaxtında yüz minlərlə etirazçı toplaşıb, etiraz aksiyaları Minskdən kənarda da keçirilir.

Bəzi etirazçıların polisin əhatə etdiyi prezident sarayına da yürüş etmək istədiyi bildirilib.Prezident sarayına əlində avtomatla gələn

Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin işini yoxlayıb.Belarusun Müdafiə Nazirliyi etirazçıları “faşistlər” kimi qələmə verərək bəyan edib ki,

asayişin pozulacağı təqdirdə etirazçılarla polis deyil, ordu məşğul olacaq.Aleksandr Lukaşenko etirazlara sərt müdaxilə ediləcəyini deyərək müxalifətin

“xarici inqilabçılar” tərəfindən təhrik olunduğunu söyləyib.Ötən həftə

Belarusda Müxalifət Koordinasiya Şurası yaradılıb və bildirilib ki, əsas məqsəd yeni seçkilərin keçirilməsi və hakimiyyətin dinc yolla təhvil verilməsidir.

Aleksandr Lukaşenko bundan əvvəl Qrodno şəhərindəki etirazlarda çıxış edərkən bazar ertəsindən tətil edən qurumların bağlanacağını demişdi. O, həm də növbəti dəfə NATO-nun ölkə sərhədindəki ciddi “hərəkətliliyindən” danışıb.

NATO bu bəyanatları əsassız adlandırıb.İki həftə davam edən etirazlarda azı dörd nəfər ölüb. Etirazçılar saxlanıldıqları həbsxanalarda işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Mənbə:bbc.com/azeri

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/isvecden-resmi-minske-pul-olmayacaq/

https://turaz.org/brenton-tarrant-da-mumkun-qeder-daha-cox-mescidi-yandirmagi-planlasdirir/

Translate »