Oktyabr 5, 2022

Belarusda etirazlar: Minskdə müxalifətin çoxminlik yürüşü keçirilib


ŞƏKLİN MƏNBƏYİ,REUTERSBazar günü Minskdə “Yeni Belarusun marşı” adlı yürüş keçirilir.

Bu yürüş Belarusda etirazların başlanmasından bəri müxalifətin keçirdiyi ən böyük aksiyaya çevrilə bilər.

Media vasitələrinin bildirdiyinə görə, Belarus paytaxtında yüz minlərlə etirazçı toplaşıb, etiraz aksiyaları Minskdən kənarda da keçirilir.

Belarus Müdafiə Nazirliyi bəyan edib ki, asayişin pozulacağı təqdirdə etirazçılarla polis deyil, ordu məşğul olacaq.

Ötən həftə Belarusda Müxalifət Koordinasiya Şurası yaradılıb və bildirilib ki, əsas məqsəd yeni seçkilərin keçirilməsi və hakimiyyətin dinc yolla təhvil verilməsidir.

Menbe:azertac.az
Müxbir:arzu eliyeva

hemcinin bax https://turaz.org/iran-2025-qeder-regionun-bas-neft-kimya-tecizatcisi-olacaq/

https://turaz.org/sexsi-istifade-ucun-rusum-odemeden-olkeye-getirilen-mallarin-umumi-deyeri-keskin-azaldilib/

Translate »