Mart 25, 2023

Belarusiya Kurmanbek Bakiyevi Qırğızıstana ekstradisiya etməkdən imtina edir

Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti bildirir ki, Belarus Ali Məhkəməsi keçmiş president Kurmanbek Bakiyevi Qırğızıstana ekstradisiya etməkdən imtina edir. Səbəb olaraq onun həbs edilməsinin siyasi səbəblərə görə təqib edilməsi göstərilir.

Turaz.org xəbər verir ki, sabiq president 2016 ci il 19 iyul məhkəmə qərarı ilə 7 aprel hadisələri və digər cinayət əməllərinə otuz il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluq qeyd edib ki, onlar Belarus Baş Prokurorluğuna Bişkek qarnizonu Hərbi Məhkəməsi və Hərbi İşlər üzrə Cinayət İşləri və İnzibati Xətalar üzrə Məhkəmə Kollegiyasının hökmlərinin Belarusda tanınması və icrası üçün23 may 2016-cı il tarixli vəsatət göndəriblər. Həmçinin, Baş Prokurorluq Bakiyevin cinayət məsuliyyətinə cəlb edilsin deyə ekstradisiyası üçün 4 sorğu göndərib.

Belarus Respublikası Ali Məhkəməsinin məktubuna əsasən, vəsatət təmin edilməyib. Belarus tərəfi hesab edir ki, onun mühakimə olunması siyasi səbəblərə görə təqiblərlə bağlıdır.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qirgizistan-sefiri-tacikistan-daxili-isler-naziri-ile-gorusub/

Translate »