Oktyabr 4, 2022

Belarusiya: Müxalifət namizədi, həftə sonu dinc aksiyalara çağırır.

Seçkilərdən sonra Belarusiyadan ayrılmalı olduğunu və Litvaya getdiyini izah edən müxalifət namizədi Svetlana Tihanovskaya həftə sonu ölkədəki bütün bələdiyyə başçılarını dinc aksiyalar təşkil etməyə çağırdı. Tihanovskaya YouTube vasitəsi ilə ölkədəki bütün bələdiyyə sədrlərindən 15 və 16 avqustda hər vilayətdə dinc kütləvi mitinqlər keçirməklərini xahiş etdi. Prezident Aleksandr Lukashenko “etirazların arxasında kənar qüvvələrin dayandığını” iddia etdi. Lukaşenko, Nazirlər Kabinetinin iclasında belaruslara küçələrə çıxmamaq barədə xəbərdarlıq edib. 26 ildir iqtidarda olan Lukashenko, sərt polis müdaxiləsinə baxmayaraq, istefa çağırışı ilə bütün ölkə boyu küçələrə çıxan etirazçıların qarşısını almaqda çətinlik çəkir. Cümə günü keçirilən etiraz aksiyalarında dövlət fabriklərində işləyən işçilər də iştirak edib. Prezident seçkisinə etiraz nümayişləri altıncı gününə girdiyində, hüquq müdafiəçiləri və müşahidəçilər, polisin həbs olunan etirazçılara qarşı zor tətbiq etməsinə dair sübutların artdığını söyləyirlər. Seçkidən əvvəl tutulan 6,700 nəfərdən azad edilənlər pis rəftara məruz qaldıqlarını və döyüldüklərini söylədilər. Beynəlxalq Amnistiya məhbusların ifadələrinin “geniş həcmli işgəncələrə” işarə etdiyini izah etdi.

Etirazçılara qarşı sərt müdaxilə ictimai qınağa səbəb oldu. Belarusiya seçkiləri: Lukaşenkoya ‘Artıq get’ deyən müxaliflər seçki nəticəsini qəbul etmir, 3 min adam nəzarətə alındı
Avropa Birliyi də cümə günü seçki ilə əlaqədar “fırıldaqçılıq, zorakılıq və həbslərlə əlaqəli ” yeni sanksiyalar tətbiq etmək qərarına gəldi. AB və ABŞ bazar günkü seçkiləri qınadı. BBC-yə danışan Litvanın xarici işlər naziri Linas Linkevičius, Tixanovskayanın nəticələrə etiraz etmək üçün mərkəzi seçki şurasına getdikdən 7 saat sonra tutulduğunu bildirdi. Svetlana Tixanovskaya, övladları üçün ölkəni tərk etməli olduğunu söylədi. Seçkinin rəsmi nəticələri göstərir ki, prezident Lukashenko səslərin 80,1 faizi ilə birinci olub. Tikhanovskaya, səsvermə nisbətinin 60-70 faiz aralığında olduğunu iddia edir. Etirazçılar özlətinə “qoyun” deyən Lukashenkoya cavab olaraq “biz qoyun deyilik. Biz işçilərik” yazılmış pankart gəzdirirlər. Tez-tez Qərb mediasında “Avropanın son diktatoru” olaraq xatırlanan 65 yaşlı Lukashenko illərdir insan hüquqlarını kobud şəkildə pozmaqda və seçki pozuntularında ittiham olunur. Lukashenko ilk dəfə 1994-cü ildə prezident seçilib.

Mənbə:bbc.com/turk
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Tərcüməçi: Arzu Ələkbərsoy

Həmçinin bax:https://tehsilim.org/naxcivanin-turizm-imkanlari-ve-turistlik-istirahet-bolgeleri-movzusunda-onlayn-mesgele-kecirilib/

https://kafkazh.com/mikrobiologiyanin-sobeleri/

Translate »