Oktyabr 5, 2022

Səsvermədən sonra baş verən toqquşmalar Lukaşenkonun yenidən seçiləcəyini proqnozlaşdırır
10 Avqust 2020
Dövlət televiziyasında keçirilən sorğudan sonra uzun müddətdir lider olan Aleksandr Lukaşenkonun bazar günü keçirilən seçkidə yenidən seçildiyini söyləməsindən sonra, paytaxt Minskdə və digər şəhərlərdə nümayişçilər və çevik qüvvət polisi arasında toqquşma baş verib. Polis səs bombaları, plastik mərmi və təzyiqli sudan istifadə edib. İnsan hüquqları təşkilatı 1 nümayişçinin öldürüldüyünü və təxminən 120 nəfərin həbs edildiyini söylədi. İlkin hesablamalara görə, Lukashenko səslərin 80% -ni toplayıb. Ancaq əsas müxalifət lideri rəsmi rəqəmlərə etibar etmədiyini söyləyir. Ötən Bazar günü Svetlana Tikanovskaya müxbirlərə söyləyib “ Mən gözlərimə inanıram və mən gördüm ki, çoxluq bizimlə idi” . İlkin nəticələrə görə o səslərin 9%-i toplayıb. Xanım Tikhanovskaya həbs olunmuş ərinin yerinə seçkilərdə iştirak etdi və böyük müxalifət mitinqlərinə rəhbərlik etdi. 65 yaşında olan cənab Lukaşenko 1994-cü ildən bəri hakimiyyətdədir. Etirazlar Belarus prezident seçkilərini necə sarsıtdı? Avropanın ən uzun xidmət edən idarəçisi yad təzyiqlərlə üzləşdi.
Bazar ertəsi keçirilən seçkilərdə, ölkənin son illərdəki ən böyük müxalifət nümayişləri arasında aktivistlərə və jurnalistlərə qarşı təzyiqlər oldu.

Mənbə:BBC.com
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Tərcüməçi:Arzu Ələkbərsoy

Həmçinin bax:https://tehsilim.org/unec-in-beynelxalq-iqtisadiyyat-mektebi-ise-ve-sabah-qruplarinin-bir-sira-ixtisaslar-uzre-mezunlarinin-diplomlari-hazirlanib/

Translate »