Dekabr 8, 2022

Belarusiya sülh danışıqları üçün görüş yerinin hazır olduğunu bildirir

Belarusiya sülh danışıqları üçün görüş yerinin hazır olduğunu bildirir.

Turaz.org xəbər verir ki, Belarusiya Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlara ev sahibliyi etmək üçün yer hazırladığını bildirib. Buna səbəb Moskvanın qərb qonşusuna təcavüzünün artıq beşinci günü olmasıdır.

Ukrayna ölkənin diktatoru Aleksandr Lukaşenkonun işğala qoşulmaq üçün qoşun göndərməyə hazırlaşdığına aid xəbərlərə baxmayaraq, Ukrayna-Belarusiya sərhədinə yaxın ərazidə öz diplomatlarını göndərməyə razılaşıb.

“Rusiya və Ukraynanın Belarusiyada danışıqlar üçün yer hazırdır və nümayəndə heyətlərinin gəlişi gözlənilir.” deyə Belarusiya Xarici İşlər Nazirliyi Rusiya və Ukrayna bayraqları olduğu uzun masa şəkili ilə sosal şəbəkə paylaşıb.

Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz bildirir ki : “Danışıqlar bütün nümayəndə heyətlərinin görüş yerinə gəldiyi an başlayacaq”.

Ukrayna görüşdə heç bir əraziyə güzəştə getməyəcəyini və Ukrayna prezidenti Vladimir Zelenski danışıqlardan heç bir nəticə gözləmədiyini bildirib.

“Həmişə olduğu kimi: Mən bu görüşün nəticəsinə həqiqətən inanmıram, amma cəhd etmələrinə imkan verək”, – o bildirib.

Tərcümə etdi : Yusubova Nigar

Translate »