Özbəkistanın Baş naziri Roman Qolovçenkonun rəhbərlik etdiyi Belarusiya hökumət nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərinə səfər edib.
Turaz.org xəbər verir ki, nümayəndə heyəti hökumət və biznes nümayəndələrindən ibarətdir. Hər birinin öz təklif paketi var. Sənaye, əczaçılıq və digər sahələrdə əməkdaşlıq və tərəfdaş axtarışı ümumi maraqların zirvəsindədir.
Nümayəndə heyətinin rəhbərinin Özbəkistan prezidenti Şövkət Mirziyoyev və Özbəkistanın baş naziri Abdulla Arifovla rəsmi danışıqları gözlənilir.
Roman Qolovçenko biznes forumda və MTZ diler mərkəzinin açılışında iştirak edəcək,Mərkəzi Asiya beynəlxalq sənaye sərgisi və TEXNOPARK istehsal zonasına, İNNOPROM-a baş çəkəcək.
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistanda-ehalinin-ve-menzillerin-siyahiyaalinmasinin-ikinci-merhelesi-baslayir
Həmçinin bax: kafkazh.com/sekspirin-hamleti-ve-antik-edebiyyat
Son Xəbərlər
İrəvanın 2 yolu var: əgər sülh bağlamasa…
NATO Hitlerin siyasətini aparır – Lavrov
Türkiyədə müxalifət partiyası prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb