Yeni mövsüm üçün hazırlıqları davam etdirən İstanbulun “Beşiktaş” klubu braziliyalı müdafiəçi Velinton Souza Silvanın transferini başa çatdırıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2023-cü ilədək qüvvədə olan müqavilə imzalanıb.
Türkiyə Super Liqasında 2017-2018-ci il mövsümündə “Alanyaspor” klubunun heyətində debüt edən müdafiəçi ötən mövsüm 27 rəsmi oyunda 3 qol vurub.
İstanbul təmsilçisi Velintondan daha əvvəl onun komanda yoldaşı Fabrise Nsakalayı və “Kayserispor”dan Bernard Mensahı heyətinə qatmışdı.
Mənbə : azərtag.az
Müxbir : TurAz.org xüsusi müxbiri Məlahət Eynəlizadə
Həmçinin bax : https://azertag.az/bolme/science_and_education
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ