Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer bu gün Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.
“Turaz.org” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
P.Maurer sabah, martın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
“Rusiya BQXK-nin Ukraynada vasitəçilik səylərini alqışlayır. Əminik ki, Peter Maurerin Moskvaya səfəri Rusiya ilə BQXK arasında bu sahədə əməkdaşlığı daha da gücləndirəcək”, – nazirlikdən bildirilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen
Alim Qasımov ABŞ-da konsert verib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”