Avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışın qurbanlarının ailələri BMT-yə müraciət ediblər.
AZƏRTAC xəbər verir ki, onlar ABŞ-ın Federal Təhqiqat Bürosunun da iştirakı ilə faciənin beynəlxalq səviyyədə təhqiq edilməsini tələb edirlər.
Son məlumata görə, 179 nəfərin həlak olduğu və 6 mindən çox insanın yaralandığı faciənin əsas səbəbinin Livanda tüğyan edən korrupsiya olduğu bildirilir. Həsən Diyabın kabineti də əhalinin etirazları qarşısında istefa verməyə məcbur olmuşdu. Baş Nazir özü də bu faktı etiraf edib.
Vəkil Nada Əbdülsatir bildirib ki, vəziyyətdən yeganə çıxış yolu beynəlxalq səviyyədə təhqiqatın aparılması, BMT Təhlükəsizlik Şurasının xüsusi istintaq qrupu yaratmasıdır. “Bu təhqiqatın nəticələri və faciənin baş verməsində təqsirkar olanlar insanlığa qarşı cinayət ittiham ilə Beynəlxalq Cinayət Məhkəməsində Mühakimə olunmalıdır”, -deyə vəkil vurğulayıb.
BMT-yə müraciəti partlayışdan zərər çəkən minlərlə insan imzalayıb. Müraciətin mətni BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərə göndərilib
Menbe:Azertac.az
Müxbir:turaz.org xüsusi müxbiri Arzu Əliyeva
Həmçinin bax:https://tehsilim.org/ali-pedaqoji-institutun-salnamesi/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ