Biləsuvar rayonunda maarifləndirici aksiyalar davam etdirilir
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Maskadan istifadə et”, “Sosial məsafə gözlə”, “Bir-birimizi qoruyaq!”, “Böyüklərimizi qoruyaq” devizləri altıında sosial maarifləndirmə aksiyaları keçirildi. İdarə əməkdaşlarının və könüllülərin iştirakı ilə keçirilən aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək COVİD-19 virusuna yoluxma risqinin minimuma endirilməsindən ibarətdir.
Gənclərin potensialından daha da səmərəli istifadə etmək, cəmiyyətin bütün yerlərində gənclərin fəal iştirakına şarait yaratmaq, onlara peşəvərdişlərini aşılamaq və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, insanlarla ünsiyyətin formalaşmasını təmin etmək və könüllülük hərakatının inkişaf etdirilməsi məqsədi ilə Biləsuvar rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif tədbirlər davam etdirilir.
Mənbə:mys.gov.az
Müxbir:Aytac Cəfərova
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”